"Barselona"nın PSJ ilə oyun üçün iştirak ərizəsi
- 10 Mar 2021 13:43
- 643
"Barselona" Çempionlar Liqasının 1/8 finalının PSJ ilə cavab oyunu üçün iştirak ərizəsini açıqlayıb.
Rekord.az klubun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, siyahıda zədəli müdafiəçilər Jerar Pike və Ronald Arauxo yer almayıb.
"Barselona"nın iştirak ərizəsi: Ter Ştegen, Dest, Buskets, Qrizmann, Pyaniç, Breytueyt, Messi, Dembeleni, Puç, Neto, Lanqle, Pedri, Trinkao, Alba, Mateus, de Yonq, Xunior, Umtiti, Penya, Moriba, Minqesa, de la Fuente
Qeyd edək ki, PSJ - "Barselona" görüşü sabah keçiriləcək. Bu komandalar arasında ilk matçda Paris təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.