“Barselona”nın qapıçısı bərpa məşqlərinə başlayıb
- 19 Okt 2024 22:53
- 133
İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen diz qapağı vətərinin ciddi zədələnməsindən sonra bərpa prosesi çərçivəsində meydanda məşqlərə başlayıb.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
İspaniya çempionatının 6-cı turunda "Vilyarreal"la qarşılaşmada (1:5) zədələnən 32 yaşlı almaniyalı qolkiper bu mövsüm bütün turnirlərdə yeddi oyunda iştirak edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.