“Barselona”nın sabiq futbolçusu Alen Haliloviç karyerasını İngiltərədə davam etdirəcək.

Rekord.az xəbər verir ki, xorvat yarımmüdafiəçi “Birmingem” klubuna keçib.

Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə müddəti mövsümün sonuna qədər olan sözləşmə imzalanıb.

Karyerası ərzində Xorvatiyada “Dinamo” (Zaqreb), İspaniyada “Barselona”, “Sportinq”, “Las Palmas”, Almaniyada “Hamburq” kimi komandalarda çıxış edən Haliloviçin son ünvanı İtaliya “Milan”ı olub. Yarımmüdafiəçi bu ilin sentyabrından azad agent idi.