“Barselona”nın sabiq futbolçusu karyerasını bitirdi
- 26 İyn 2020 19:30
- 639
Portuqaliyanın “Sportinq” klubunda forma geyinən Jeremi Matye karyerasını bitirib.
Rekord.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə, 36 yaşlı müdafiəçinin karyerasını bitirdiyi bildirilib.
2017-ci ildən “Sportinq”də forma geyinən Matyenin müqaviləsi iyunun sonuna qədər idi. Fransız müdafiəçi sol dizindən ciddi zədə aldıqdan sonra kareyasını bitirməyə qərar verib.
Matye karyerası ərzində “Soşo”, “Tuluza”, “Valensiya” və “Barselona”da da çıxış edib. Müdafiəçi 5 dəfə də Fransa milli komandasının formasını geyinib.