"Barselona" klubunun futbolçusu Pau Kubarsi İspaniya millisinin tarixində gənc yaşda məhsuldar ötürmə edən ikinci futbolçu olub.

Rekord.az xəbər verir ki, müdafiəçi bunu Andorra yığmasına 5:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq matçında bacarıb.

O, 17 yaş 135 günündə buna nail olub. Kubarsi Kataloniya təmsilçisinin digər üzvü Lamin Yamaldan geri qalır. Yamal 16 yaş 257 günündə yığmada assistlə yadda qalıb.

İspaniya millisi 14 iyun - 14 iyul aralığında keçiriləcək Avropa çempionatının qrup mərhələsində Xorvatiya, İtaliya və Albaniya ilə üz-üzə gələcək.