İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Fermin Lopes zədəsini sağaldıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu artıq məşqlərə qayıdıb.

"Barselona" İspaniya çempionatında növbəti görüşünü oktyabrın 20-də "Sevilya" komandasına qarşı keçirəcək.

Lopes sentyabrın əvvəlində İspaniyanın gənclərdən ibarət yığmasının düşərgəsində bud əzələsinin ön hissəsindən zədə almışdı. Yarımmüdafiəçi cari mövsümdə cəmi üç oyunda iştirak edib.