“Barselona”da 10 nömrəli formanı geyinəcək futbolçunun adı məlum olub.

Rekord.az xəbər verir ki, bu barədə “Barselona”nın rəsmi “tvitter” hesabı məlumat yayıb. Komandada bundan sonra 10 nömrəli formanı Ansu Fati geyinəcək.

18 yaşlı ispaniyalı oyunçudan əvvəl 10 nömrəli formanı PSJ-yə keçən Lionel Messi daşıyırdı.

Ansu Fati “Barselona”nın yetirməsidir. Gənc futbolçu 2020/2021 mövsümündə 10 oyun keçirib, 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2020-ci ilin noyabrından dizindəki zədə səbəbindən uzun müddətdir yaşıl meydanlardan kənarda qalıb.