![photo](https://www.rekord.az/storage/uploads/5/barselona-1.jpg)
"Barselona"nın "Yuventus"la oyunu ləğv olundu
- 23 İyl 2023 13:15
- 299
“Barselona” və “Yuventus” arasında yoldaşlıq görüşü ləğv edilib.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.
Bildirilib ki, bu, “Barselona”nın bir sıra futbolçularında qastroenterit virusu aşkarlanması ilə əlaqədardır.
Qarşılaşma ABŞ-da bazar günü Bakı vaxtı ilə saat 06:30-da başlamalı idi.
“Barselona” ABŞ-da təlim-məşq toplanışındadır.