"İnter"in futbolçusu Lautaro Martines hazırkı klubunda oynamaqdan məmnundur.

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə argentinalı hücumçu özü məlumat verib.

O deyib ki, ötən il Kataloniya təmsilçisində transfer olunmaq ehtimalı olub: "Barselona"ya transfer ola bilərdim. Yaxşı ki, "İnter"də qaldım".

Qeyd edək ki, Martines bu mövsüm 45 matçda 18 qol vurub, 9 qolun ötürməsini verib.