“Barselona”ya qayıtmaq istədiyi gün ayaqları altına qırmızı xalça sərəcəyik"
- 22 Fev 2021 15:47
- 666
“Barselona” prezidentliyinə namizəd Toni Freyşin komandasında yer alan Luis Karreras Xosep Qvardiolanı kluba qaytarmağa hazır olduqlarını açıqlayıb.
Rekord.az xəbər verir ki, o, İspaniya mətbuatına müsahibəsində bildirib:
“Düşünmürəm ki, onu dilə tutmağa ehtiyac var. “Barselona”ya qayıtmaq istədiyi gün biz onun ayaqları altına qırmızı xalça sərəcəyik. Hazırda isə komanda üçün ən yaxşı variant Kumandır”.
“Barselona” prezidentliyinə seçkilər martın 7-də keçiriləcək. Toni Freyş qalib gələcəyi halda Karrerasın klubun yeni direktoru təyin ediləcəyi bildirilir.