"Barselona"ya satmır, əvəzində maaşını artırır
- 08 İyl 2020 14:48
- 571
"İnter" hücumçusu Lautaro Martineslə müqavilə uzatmağı planlaşdırır.
Rekord.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, rəhbərlik 22 yaşlı forvardın daha öncə satılmasına icazə verilsə də, hazırda fikrini dəyişib. Klub oyunçuya yeni sözləşmə və maaşını iki dəfə artırmağı təklif edib.
Lautaro hazırda “İnter”də illik beş milyon avro qazanır. Martinesin İtaliya klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir. İspaniya mətbuatı isə argentinalı forvardın “Barselona” ilə anlaşdığını iddia edir