"Barselona" futbolçusu Nelson Semedu ilə yeni müqavilə imzalamaqla bağlı danışıqları dayandırıb.

Rekord.az xəbər verir ki, klub nümayəndələri bununla bağlı 26 yaşlı müdafiəçinin agenti Jorje Mendeşə bildirib.

Qeyd olunub ki, portuqaliyalı oyunçu üçün sərfəli təklif göndəriləcəyi təqdirdə, o satılacaq. Semedunun "Barselona" ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.