Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Peres Qunelya ilə görüşüb. 

Rekord.az xəbər verir ki, görüşdə Azərbaycan və Argentina arasında futbol sahəsində münasibətlərin daha da yaxşılaşdırılması, AFFA və Argentina Futbol Assosiasiyasının əməkdaşlıq perspektivləri müzakirə olunub.