Hazırda AFFA-da heç də kiçik olmayan səlahiyyətlərə sahib olan veteran futbolçu Cahangir Həsənzadə daha yüksək posta iddialıdır.

Rekord.az-a daxil olan məlumata görə, Lippertin gedişindən sonra milli komandalara nəzarəti ələ keçirən Həsənzadə sabiq baş katib Elxan Məmmədovla da yaxşı münasibətə malikdir.

Məhz bu münasibətdən istifadə edən veteran qapıçı son zamanlar AFFA İcraiyyə Komitəsinin iclaslarında vacib qərarlara müdaxilə də etmiş, xüsusilə legioner limiti məsələsində verilən qərarlara təsir göstərməyə çalışmışdı. Həsənzadənin hazırkı dönəmdə əsas hədəfi baş katib postunu tutmaqdı. Məlum məsələdir ki, Sərxan Hacıyev Elxan Məmmədovun kadrı olsa da, ciddi fiqur kimi qəbul olunmur. Yəni futbolda xüsusi çəkisi yoxdur, adam ən yaxşı halda uşaq liqalarında hakimlik edib. Həsənzadə isə milli üzvü olub və futbol camiəsində daha çox tanınır. Buna görə də baş katib postunu tutub daha çox səlahiyyət qazanmaq niyyətindədir. Lakin bu məsələdə əsas söz sahibi təbii ki, Parisdə oturan Məmmədovdur və o hələ ki, Hacıyevə güvənməkdə davam edir.