Yunanıstanın “Olimpiakos” klubu baş məşqçisi Pedroo Martinslə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, portuqaliyalı mütəxəssislə 2 illik yeni müqavilə imzalanıb. 49 yaşlı məşqçinin mövcud müqaviləsinin müddəti bu yay başa çatacaqdı.

Ölkəsində “Maritimo”, “Rio Ave” və “Vitoriya Gimaraynş” kimi klubları çalışdıran Martins, “Olimpiakos”a 2018-ci ildə baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda bu mövsüm Yunanıstan çempionatında 26 oyun keçirib, 66 xal toplayıb və məğlub olmayıb. Lakin pley-off və pley-out qarşılaşmaları koronavirus pandemiyasına görə təxirə salınıb.