"Kəpəz"də qarışıq vəziyyət yaranıb.

Rekord.az xəbər verir ki, stadionu təmirə bağlanacaq komanda ev oyunları üçün yeni məkan seçməlidir.

Yayılan məlumatlara görə, rəhbərlik Tovuzu seçib. Lakin baş məşqçi Azər Məmmədov bu seçimdən narazıdır. Onun istəyi Qəbələ stadionudur. İlk növbədə ona görə ki, təbii örtüklüdür. Lakin rəhbərlik daha az xərc çıxsın deyə yaxın Tovuza üstünlük verib.