“Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik” – Toral Məmmədov
- 08 Mar 2024 17:00
- 205
“Qarabağ”ın müdafiəçisi Toral Bayramov “Bayer”ə (Leverkuzen) qarşı Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu (2:2) haqda danışıb.
Rekord.az xəbər verir ki, 23 yaşlı futbolçu fasilədən sonra yalnız hesabı qorumaq barədə düşünmədiklərini bildirib:
“Oyuna yaxşı başlamışdıq. Baş məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirirdik. Nəticədə də fasiləyə qədər rəqib qapısından 2 top keçirdik.
İkinci hissədə meydana çıxanda fikrimiz geri çəkilib hesabı qorumaq deyildi. Hətta növbəti qol və qollar vurub hesab arasındakı fərqi artırmaq istəyirdik. Təəssüflər olsun ki, rəqib səhvimizdən yararlandı. Əvvəlcə hesab arasındakı fərqi azaltdılar, sonda isə qələbəni əldən verdik.
Ümumilikdə pis oynamadıq, əlimizdən gələni etdik. Məncə, Azərbaycan futbolu adına pis nəticə deyil. Əsas odur ki, məşqçinin tapşırıqlarını yerinə yetirdik.
Hesabı qoruya bilməməyimizi təcrübə ilə əlaqələndirməzdim. Yaxud bunun fiziki yorğunluqla bağlı olduğunu da düşünmürəm. Meydanda mübarizə başabaş idi. Heç bir cəhətdən rəqibdən geri qalmırdıq. Hətta bəzi məqamlarda üstün idik də.
Düzdür, ilk növbədə çempionat oyunu düşünməliyik. Yalnız “Zirə” ilə görüşdən sonra “Bayer”lə cavab matçına hazırlaşacağıq. Çalışacağıq ki, bu oyunun ardını səfərdə gətirək. Azarkeşləri yaxşı nəticə ilə sevindirmək üçün əlimizdən gələni edəcəyik”.