Baş nazir azarkeşləri qınadı: "Təhqir edənlər utanmalıdı"
- 13 İyl 2021 16:30
- 542
Böyük Britaniyanın baş naziri Boris Conson yerli fanatları tənqid edib.
Rekord.az xəbər verir ki, o, Avropa çempionatının finalında İtaliyaya məğlubiyyətdə sonra yerli azarkeşlərin sosial şəbəkələrdə İngiltərə millisinin üzvlərinə qarşı edilən irqçi hücumları qınayıb.
Conson azarkeşlərə milli üzvlərini təhqir etmək yox, onları tərifləməyi məsləhət görüb: "İngiltərə millisinin üzvlərini irqçi təhqirlər etməkdənsə, onları tərifəmək lazımdı. Sosial şəbəkələrdə milli üzvlərini təhqir edənlər sadəcə utanmalıdı. Deyəcək başqa söz yoxdu”.