“Başakşəhər” Arda Turandan imtina etdi
- 05 Yan 2020 19:03
- 1005
Xeyli müddətdi yetirməsi olduğu “Qalatasaray”a qayıdacağı ilə bağlı xəbərlər dolaşan Türkiyə millisinin sabiq üzvü Arda Turan “Başakşəhər”dən ayrılmağa yaxındı.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi mövsümün qalan hissəsi üçün hazırlıq planını və toplanışda iştirak edəcək futbolçuların siyahısını açıqlayıb. Amma İstanbul klubunun açıqladığı bu siyahıda Arda Turanın adı yer almayıb. Bu isə 32 yaşlı futbolçunun “Başakşəhər”dən ayrılacağına dair ehtimalların özünü doğrultmaqda olduğunu göstərir.
Qeyd edək ki, müqavilə ilə “Barselona”ya məxsus olan Arda “Başakşəhər”də icarə əsasında oynayır. Onun İstanbul təmsilçisi ilə mövsümün sonunadək icarə müqaviləsi var. Türkiyəli yarımmüdafiəçinin Kataloniya klubu ilə anlaşması da mövsümün sonunda bitəcək.
Arda Turan bu mövsüm “Başakşəhər”də 12 oyuna çıxıb.