Türkiyə Superliqasında 31-ci turun növbəti oyunu keçirilib.

Rekord.az xəbər verir ki, lider "Başakşəhər" doğma meydanda "Dənizlispor"la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə xalını 66-ya yüksəldən İstanbul təmsilçisi ilk pillədəki yerini möhkəmlədib. "Trabzonspor" 61 xalla (30 oyun) 2-ci, "Sivasspor" 54 xalla (30 oyun) 3-cüdür.

7 iyul

"Başakşəhər" - "Dənizlispor" - 2:0
Qollar
: Krivelli, 65, Vişça, 78-pen

"Gənclərbirliyi" - "Fənərbaxça" - 1:1
Qollar:
 M.Stanku, 60 (1:0), E.Belözoğlu, 81 (1:1)