“Başakşəhər” Türkiyə çempionu oldu
- 20 İyl 2020 00:22
- 684
Futbol üzrə Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Lider “Başakşəhər” bu turda “Kayserispor”u qəbul edib. Meydan sahibləri bu görüşdə qələbə qazanmaqla sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
Turun mərkəzi görüşü isə İstanbulda keçirilib. Burda Avropa Liqasına vəsiqə üçün mübarizə aparan “Beşiktaş” və “Fənərbaxça” klubları üz-üzə gəlib. Mövsümün son derbisində gülən tərəf “qara qartallar” olub. “Sivasspor” da “Gənclərbirliyi”ni məğlub yola salıb və 4-cü pillədəki mövqeyini qoruyub. “Trabzonspor” son dəqiqələrdə buraxdığı ardıcıl 3 qol nəticəsində “Konyaspor”a uduzub.
Türkiyə Super Liqası
33-cü tur
18 iyul
Qalatasaray – Göztəpə 3:1
Qol: Saraççi, 60. E.Akbaba, 81. Y.Akgün, 90+6 – Napoleoni, 77.
Qaziantep – Konyaspor 2:2
Qol: M.Demir, 6. Maksim, 78 – Thiam, 13; 37.
19 iyul
Alanyaspor – Dənizlispor 1:0
Qol: O.Bulut, 90+5.
Ankaragücü – Antalyaspor 0:1
Qol: Yahoviç, 90+2.
Başakşəhər – Kayserispor 1:0
Qol: M.Tekdemir, 19.
Beşiktaş – Fənərbaxça 2:0
Qol: Vida, 63. G.Gönül, 70.
Rizəspor – Yeni Malatyaspor 3:0
Qol: Şkoda, 29; 35-pen. Boldrin, 31.
Sivasspor – Gənclərbirliyi 2:0
Qol: Kone, 29-pen. Yatabare, 66.
Trabzonspor – Konyaspor 3:4
Qol: Sorlot, 12; 56. Novak, 61 – Bayiç, 42. Şengeliya, 81. Şkubiç, 88. Turam, 90+2.