"Başakşəhər" və "Şaxtyor"dan qələbə, "Mançester Yunayted"dən darmadağın
- 13 Mar 2020 10:55
- 623
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Rekord.az xəbər verir ki, bu gün 6 oyun keçirilib.
Türkiyənin yeganə təmsilçisi “Başakşəhər” “Kopenhagen”i qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
"İnter" - "Xetafe" və "Sevilya" - "Roma" matçları koronavirus səbəbindən təxirə salınıb.
Qeyd edək ki, cavab görüşləri martın 19-da keçiriləcək.
12 mart
21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) - 0:3
Qollar: Kampo, 27, Bua, 73, Frey, 85
21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) - 1:0
Qol: Vişça, 88-pen
21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) - 0:5
Qollar: İqalo, 28, Ceyms, 58, Mata, 82, Qrinvud, 90+2, Pereyra, 90+3
00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) - 1:1
Qollar: Əl Arabi, 54 – Neto, 67
00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) - 1:3
Qollar: Edmundsson, 75 – Haverts, 37, Aranquiz, 67, Beyli, 88
00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) - 1:2
Qollar: Bruks, 48 – Moraes, 17, Antonio, 73