“Başakşəhər”dən legioneri ilə yeni müqavilə
- 05 Avq 2021 15:30
- 577
Türkiyənin “Başakşəhər” klubu futbolçusu Junior Kaysara ilə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi 32 yaşlı braziliyalı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kaysara 2017-ci ildən “Başakşəhər”də çıxış edir. O, bu komanda ilə Türkiyə Super Liqasında 119 matça çıxıb.