“Qaziantep” ötən mövsüm “Başakşəhər”dən icarəyə götürdüyü Furkan Soyalpın transfer hüquqlarını da alıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. “Bursaspor”un yetirməsi olan Furkan, “Başakşəhər”ə 2019-cu ildə transfer olunsa da, bu komandada möhkəmlənə bilməmişdi. Bu üzdən də ötən mövsüm o, icarə əsasında “Qaziantep”ə üz tutmuşdu.

“Qaziantep” “Başakşəhər”dən icarəyə götürdüyü daha bir futbolçunu – Məhəmməd Dəmiri də heyətində saxlamağa qərar verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 28 yaşlı hücumçuyla, eləcə də onun klubu ilə razılıq əldə olunub və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.