Türkiyənin “Başakşəhər” klubunun prezidenti Göksel Gümüşdağ koronavirusa qalib gəlib.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Gümüşdağ 21 günlük müalicədən sonra tam sağalaraq, evə buraxılıb.

Klub prezidenti bu müddət ərzində ölkə rəhbərliyi başda olmaqla  ona dəstək olan hər kəsə minnətdarlığını bildirib, sağalması üçün əlindən gələni edən səhiyyə işçilərinə təşəkkür edib.