“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 22-ci turunda “Neftçi”ni qəbul edib.


Rekord.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun oyundan sonra mətbuat konfransı keçirilib. Sadıqov 75-ci dəqiqəyə qədər üstün tərəf olduqlarını bildirib:


“Ağır və çoxsaylı mübarizəylə olan oyun izlədik. Oyun daha çox meydanın mərkəzində gedirdi. 75-ci dəqiqəyə qədər üstün olan tərəf biz idik. Son dəqiqələrdə standart vəziyyətdən qol buraxdıq. Sonra irəli atıldıq, hesabı bərabərləşdirdik. Daha sonra ikinci qolu buraxdıq. Rəqibi təbrik etməliyəm. Acı məğlubiyyət oldu. Başımızı dik tutmalıyıq. Növbəti oyunlarımıza hazırlaşmalıyıq.


“Neftçi” ilə oyunlarımız ümumən həmişə prinsipial keçir. Digər oyunlarda “Neftçi” necə görünür, deyə bilmərəm. Amma bizə qarşı həmişə fərqli, prinsipial komanda görürəm.


Yenə də deyirəm, sona kimi üstün olan tərəf biz idik. Oyunun ədalətli nəticəsi kimi heç-heçəni hesab edirəm. Bizim də səhvlərimiz var, avrokuboklardan belə qollar buraxırdıq. Hücum xəttində disbalans var”.