Azərbaycan Basketbol Federasiyasının yeni loqosu təqdim olunub.

Rekord.az xəbər verir ki, loqoda basketbol topu, basketbol meydançası, bayraq lentləri və buta simvolu yer alıb. Loqodan veb-saytlarda, milli komanda formalarında istifadə olunacaq.

Milli komandanın formaları da təqdim edilib. Formalarda Azərbaycanın adı, oyunçuların soyadı və forma nömrəsi əksini tapıb.