Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Respublika İdman Mərkəzinin və Azərbaycan Basketbol Federasiyasının bilavasitə təşəbbüsü ilə  “Respublika Məktəblilərin basketbol Birinciliyinin” lahiyəsinin icrasına başlanmışdır. "Rekord.az" xəbər verir ki, lahiyə beş mərhələdə keçirilir.

 

I mərhələ - Bu mərhələdə Təhsil Respublika İdman Mərkəzinin və Azərbaycan Basketbol Federasiyasının təcrübəli mütəxəssislərinin iştirakı ilə Azərbaycan Respublikanın Rayon və şəhərlərini təmsil edən Ümumi Təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri və təlimatçıları üçün basketbol oyun qaydalarının geniş xülasəsi və basketbol idman növünün tarixi, ölkəmizdə basketbolun inkişaf mərhələləri və mövcud səviyyəsi barədə geniş məlumatlar verilməklə bölgələrdə seminarlar təşkil edilmişdir. Seminarlar 01-12 fevral 2022 –ci  il tarixlərdə baş tutdu. Ümumilikdə seminarlarda Respublika üzrə 54 şəhər və rayondan 559 nəfər fiziki tərbiyə müəllimi və  fiziki tərbiyə üzrə metodistlər iştirak etdilər

II mərhələ - Bu mərhələdə şəhər və rayonlar üzrə “Məktəb daxili birinciliklər” keçirilmişdir. İkinci mərhələdə isə birinci mərhələdə iştirak etmiş şəhər və rayonların ümum təhsil müəssisələrinin daxili birinciliklərini nəticələri barədə Təhsil Respublika İdman Mərkəzinə məlumat verildi. İkinci mərhələdə ümum təhsil məktəblərinin fiziki tərbiyə müəllimləri qarşısında məktəblərdə təhsil alan fiziki və funksional göstəriciləri basketbol idman növünə uyğun olan şagirdlərin seçib “Rayon daxili birinciliklərinə”cəlb edilməsi məqsədi qoyulmuşdur.

III mərhələ - Üçüncü mərhələ hal hazırda davam edir. Bu mərhələdə Azərbaycan Basketbol Federasiyasının vəTəhsil Respublika İdman Mərkəzinin təcrübəli mütəxəssislərin iştirakı ilə “Rayon daxili birinciliklər” keçirilmiş və keçirilməkdə davam edir. Üçüncü mərhələ 23 fevral 2022 ci il tarixdə start götürülmüş və 19 mart 2022 ci il tarixədək davam edəcəkdir.
Bu günə dək Respublikanın Bakı şəhəri daxil olmaqla 53 şəhər və rayonda “Rayon daxili birinciliklər” keçirilmiş. Ümumilikdə 940 komanda və 8790 şagird iştirak etmişdir, onlardan 3368 qızlar və 5422 oğlan şagird seçimlərdə iştirak etmişdir. Bu mərhələdə mütəxəssislər tərəfindən 602 şagird basketbol idman növünə fiziki və funksional göstəricilərinə görə uyğun hesab edilərək seçilib qeydiyyata alınmışlar. Seçilmiş şagirdlərin 292-si qız, 310-u oğlan şagirdlərdir.
İndiyənədək seçmələr Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Beylaqan, Ucar, Zərdab, Ağcabədi, Goranboy, Naftalan, Samux, Göyçay, Ağsu, Ağdaş, Oğuz,  Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yexlax, Mingəçevir, Abşeron, Sumqayıt, Qobustan, Xızı, Şabran, Siyəzən, Qax, Zaqatala, Balakən, Yardımlı, Lənkəran, Lerik, Astara, Xaçmaz, Quba, Qusar, Gəncə, Göygöl, Şəmkir, Siyəzən, Şabran şəhər və rayonlarında, eləcədə Bakı şəhəri üzrə Suraxanı, Xətai, Qaradağ, Binəqədi, Nərimanov rayonlarında aparılmışdır. Seçimlər aparılmayan digər bölgələrdə isə yarış və seçmələr 19 mart 2022 ci il tarixədək yekunlaşdırılacaqdır

IV mərhələ - Zona mərhələsində  III mərhələdə seçilmiş şagirdlərdən təşkil olunmuş rayon və şəhərlərin qızlardan və oğlanlardan ibarət yığma komandaları Respublika üzrə 6 zonada mübarizəni davam etdirəcəklər. Zona yarışlarının təşkili və keçirilməsi üçün Azərbaycan Basketbol Federasiyasının və Təhsil Respublika İdman Mərkəzinin mütəxəssisləri və hakimləri regionlara ezam olunacaqlar.Zona yarışları 2022 ci ilin aprel ayının 1-dən 22-dək 6 zonada keçiriləcəkdir. IV mərhələdə yarışların nəticələrinə görə zonalar üzrə I-II yerləri tutmuş komandalar növbəti V mərhələyə (final) vəsiqə qazanacaqlar. Zona yarışlarında Respublikanın 76 şəhər və rayonundan 152 komandanın 1520 şagirdin iştirakı nəzərdə tutulur.

V mərhələ - Final mərhələsi: 19-26 may 2022 ci il tarixlərdə Bakı şəhərində keçiriləcəkdir. zona mərhələsində vəsiqə qazanmış 12 oğlan və 12 qız komandası olmaqla  final mərhələsində iştirak edəcəklar. Final mərhələsinin yekunlarına əsasən 12 yaşa qədər oğlanlardan və qızlardan ibarət milli yığma komandalara namizəd ümidverici şagird basketbolçularının seçilməsi nəzərdə tutulmuşdur.