Mayın 24-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş tutacaq.

Rekord.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2:1 "Sabah" klubunun xeyrinədir.

Əgər son çempion "Sabah" final seriyasının 4-cü görüşündə debütant "Xəzri" üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək. "Xəzri" isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq. 

Super seriyada 4-cü oyun saat 19:30-da başlayacaq.