Azərbaycanın 3x3 basketbol üzrə kişi və qadınlardan ibarət milliləri Avropa Kubokunda çıxış edəcək.

Rekord.az Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, mübarizəyə ilk olaraq qadın millimiz start verəcək.

İspaniya və Avstriya yığmaları ilə qarşılaşacaq kollektiv qrupda ilk oyunu avqustun 22-də, Bakı vaxtı ilə saat 15:40-da İspaniyaya qarşı keçirəcək. Milli ikinci oyunda isə saat 19:15-də Avstriya ilə üz-üzə gələcək.

Kişi millimizin qrupdakı rəqibləri Avstriya və Niderland seçmələri olacaq. İlk oyun avqustun 23-də, Bakı vaxtı ilə saat 15:40-da Niderlanda, ikinci görüş isə 19:15-də Avstriyaya qarşı olacaq.

Turnir avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Qruplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar.