Basketbol üzrə Azərbaycan yığma komandası Türkiyədə təlim-məşq toplanışındadır.

Rekord.az xəbər verir ki, millimiz İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunu da keçirib.

Komandamız Türkiyənin “Karşıyaka” komandası ilə qarşılaşıb. Millimiz bu görüşdə 75:70 hesabı ilə qalib gəlib. Görüşün ən məhsuldar basketbolçusu, 34 xalla millimizin üzvü Amil Həmzəyəv olub.