Basketbol üzrə gənclərdən ibarət (U-18) Azərbaycan yığmasının Türkiyənin İstanbul şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir.

Rekord.az xəbər verir ki, U-18 hazırlıq çərçivəsində yoxlama oyunu da keçirib.

Komandamız Türkiyənin regional liqa komandası “Haznedar Doruk” ilə qarşılaşıb. Basketbolçularımız bu rəqib 77:52 hesabı ilə qalib gəliblər.

Hərəyə 15 xal toplamağı bacaran millimizin üzvləri Azər Əzimov və Hüseyin Qasımov qarşılaşmanın ən məhsuldar basketbolçuları seçiliblər.