Basketbol üzrə Azərbaycan yığma komandası Türkiyədəki təlim-məşq toplanışını davam etdirir.

Rekord.az xəbər verir ki, millimiz İzmir şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib.

Komandamız ikinci sınağında Türkiyənin regional liqa komandası “Söke Bələdiyəspor” ilə qarşılaşıb. Azərbaycan basketbolçuları bu görüşdə 84:72 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Azərbaycan millisi daha öncə Türkiyənin “Karşıyaka” komandası ilə qarşılaşmadan 75:70 hesabı ilə qalib ayrılmışdı.