“Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil”
- 18:20
- 35
“Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq".
Rekord.az xəbər verir ki, bunu NTD komandasının baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının 10-cu turunda “Sərhədçi” ilə qarşılaşmadan sonra fikirlərini bildirərkən deyib.
Mütəxəssis oyunçuların bir-birilərini daha yaxşı tanımalı olduğunu vurğulayıb:
“Yeni transferlərdən razıyam. Lakin biz cəmi üç-dörd məşq keçirdik. Komandamız yenilənib. Çətin olacaq. Basketbolçular arasında anlaşma istənilən səviyyədə deyil, onu yaxşılaşdırmalıyıq. Daha çox məşq etməliyik. Biz ruhdan düşmürük. Hələ çempionatın çox hissəsi qabaqdadır. Növbəti oyuna hazırlaşacağıq. Hər növbəti oyunda daha yaxşı oynayacağıq. Qələbələr mütləq gələcək. Sadəcə oyunçular bir-birini daha yaxşı tanımalıdırlar. Biz güclü bir komandaya qarşı oynadıq. "Sərhədçi" yaxşı basketbol nümayiş etdirir. Onların yaxşı məşqçisi var və onlar uzun müddətdir birlikdə oynayırlar. Lakin bizim də öz hədəflərimiz var və biz onlara doğru gedirik”.
Qeyd edək ki, “Sərhədçi” İdman Mərkəzində baş tutan “Sərhədçi” - NTD görüşü meydan sahiblərinin 78:64 hesablı qələbəsi ilə başa çatıb.