Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.

Rekord.az xəbər verir ki, Rusiyanın ÇSKA, “Zenit” və UNİKS basketbol klubları Avroliqadan, “Lokomotiv-Kuban” isə avrokubokdan kənarlaşdırılıb. Bildirilib ki, buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.

FİFA və UEFA da Rusiyanın futbol klublarını və milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb.