Aleksey Baqa daha bir futbolçunun "Sumqayıt"da qalmasını istəyir.

Rekord.az xəbər verir ki, söhbət Əli Qurbanidən gedir.

Belaruslu mütəxəssis iranlı hücumçunun xidmətində növbəti mövsüm üçün də maraqlıdır. Amma məsələ burasındadır ki, Qurbani özü hazırkı şərtlər altında Sumqayıtda qalmaq istəmir. Bu mənada bütün suallara mövsüm başa çatandan sonra aydınlıq gələcək. Çünki klubun büdcəsi və hədəfi bilinməlidir.