
Bastian Şvaynştayger: "Almaniya millisində böyük problemlər var"
- 06 Dek 2022 11:15
- 415
Almaniya millisinin sabiq üzvü Bastian Şvaynştayger millinin Qətər mundialındakı uğursuz çıxışına münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, Almaniya mətbuatına açıqlamasında millidə böyük problemlər olduğunu bildirib: "Komanda uğur qazana bilmədi, ciddi səhvlər buraxdı. Qrupdakı bütün oyunlarda qapımızda qol gördük. Düşünürəm ki, bu gün Almaniya millisində böyük problemlər var".