Naxçıvan Muxtar Respublikasının Batabat yaylağında keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ramazan bayramına həsr olunmuş “Xalq yaradıcılığı” festivalında güləşçilər də iştirak edib.

Rekord.az xəbər verir ki, festivalda Naxçıvan şəhəri və Şahbuz rayonunu təmsil edən komandalar arasında yoldaşlıq görüşü təşkil olunub. İdmançılara diplom və fəxri fərmanlar təqdim olunub.