Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilir və azarkeşsiz oynanılır. Qarşılaşmalar bir oyundan ibarətdi.

Bu gün daha bir yarımfinalçı müəyyənləşib. Turnirin əsas favoritlərinin qarşılaşdığı oyunda İspaniyanın “Barselona” və Almaniyanın “Bavariya” klubları üz-üzə gəlib. 10 qolun qeydə alındığı matçda biabırçı hesabla uduzan “Barselona” turnirlə vidalaşıb, “Bavariya” isə yarımfinala yüksəlib.

Qeyd edək ki, buna qədər Çempionlar Liqasında 2 yarımfinalçı artıq məlum idi. İtaliya “Atalanta”sını mübarizədən kənarlaşdıran PSJ (Fransa) və “Atletiko”ya (İspaniya) qalib gələn Almaniya təmsilçisi “Leyptsiq” adlarını növbəti mərhələyə yazdırmağı bacarıblar. Bu komandalar finala vəsiqə uğrunda görüşdə bir-biri ilə qarşılaşacaqlar.

UEFA Çempionlar Liqası
1/4 final

14 avqust

Barselona (İspaniya) – Bavariya (Almaniya) 2:8
Qollar: Alaba, 7-öz qapısına. L.Suares, 57 – Müller, 4; 31. Perişiç, 22. Qnabri, 28. Kimmix, 63. Levandovski, 82. Koutinyo, 85; 89.
Portuqaliya, Lissabon. “Estadio da Luş” stadionu.