“Bavariya” baş məşqçisi ilə müqavilə yenilədi - RƏSMİ
- 30 Apr 2020 21:00
- 717
Almaniyanın “Bavariya” klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin 30 iyun tarixiə qədər uzadılıb.
Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.
Qeyd edək ki, Hans Flik "Bavariya"nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.