“Bavariya” klubu başqa ölkələrdəki azarkeşlərinə təşəkkür edib.

Rekord.az xəbər verir ki, Münhen təmsilçisi rəsmi Feysbuk səhifəsi vasitəsilə müxtəlif dillərdə öz minnətdarlığını çatdırıb. Bundesliqa klubu Azərbaycan dilində də və bayrağımızla təbrik paylaşaraq ölkəmizdəki fanatlarına “sağ ol” deyib


Bütün paylaşımlar “2019-cu ildə verdiyiniz dəstəyə görə təşəkkür edirik” başlığı ilə edilib.