"Ayntraxt"ın hücumçusu Randal Kolo-Muani "Bavariya"nın maraq dairəsindədir.

Rekord.az xəbər verir ki, bu haqda "Bild" nəşri məlumat yayıb.

Qeyd edək ki, Fransa millisinin üzvü cari mövsüm Bundesliqada 5 qol vurub və 9 qolun ötürməsini verib. Onun "Ayntraxt"la 2027-ci ilə qədər müqaviləsi var.