Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi çərçivəsində “Barselona” ilə oyun Almaniya çempionu “Bavariya” üçün əlamətdar hadisə ilə yadda qalıb.

Rekord.az xəbər verir ki, Münhen klubu ÇL tarixində pley-off matçında 1 matçda 8 qol vuran ilk komanda olub. 

Bu qalibiyyətlə Bavariya Çempionlar Liqasının bu mövsümdəki qollarının sayını 39-a çatdırıb.

Qeyd edək ki, "Bavariya" növbəti mərhələdə "Mançester Siti" (İngiltərə) – "Olimpik” (Lion, Fransa) cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18-19 avqust tarixlərində keçiriləcək.