“Bavariya” ÇL-i qazansa, “Barselona” 5 milyon avro ziyana düşəcək
- 15 Avq 2020 20:00
- 800
Müqavilə ilə İspaniya "Barselona"sına məxsus olan Filippe Koutinyo hazırda icarə əsasında çıxış etdiyi "Bavariya"nın (Almaniya) heyətində UEFA Çempionlar Liqasının (ÇL) qalibi olacağı halda İngiltərənin "Liverpul" klubu 5 milyon avro qazanacaq.
Rekord.az xəbər verir ki, sözügedən məbləği mersisaydlılara Kataloniya təmsilçisi ödəyəcək.
Braziliyalı futbolçu 2018-ci ilin qışında "qırmızılar"dan La Liqa klubuna keçərkən onun müqaviləsinə belə bir bənd əlavə olunub. Həmin vaxt kataloniyalılar bu transfer üçün qarşı tərəfə 145 milyon avro ödəmişdi.
Qeyd edək ki, turnirin 1/4 final mərhələsində "Barselona"nı 8:2 hesabı ilə məğlub edən "Bavariya" yarımfinala yüksəlib. Həmin matçda qollardan 2-sini məhz Koutinyo vurub.
Almaniya klubu yarımfinalda "Mançester Siti" (İngiltərə) - "Olimpik" (Lion, Fransa) cütünün qalibi ilə qarşılaşacaq.