"Bavariya" İngiltərədən iki futbolçu "qaralayıb"
- 25 İyl 2020 15:22
- 626
"Bavariya" transfer dönəmində heyətini gücləndirmək niyyətindədir.
Rekord.az xəbər verir ki, Münxen klubu “Çelsi”də çıxış edən Temue Bakayoko ilə “Tottenhem”in üzvü Tanqi Ndombelenin xidmətlərində maraqlıdır.
London klubları oyunçuları satmağa hazırdırlar. Lakin onlar üçün layiqli təzminat almaq istəyirlər. "Çelsi" Bakayokonun satışından 35, "Tottenhem" isə fransalı üçün 60 milyon avro tələb edir.
Bundesliqa təmsilçisinin hər iki oyunçu üçün yaxın vaxtlarda danışıqlara başlayacağı bildirilir.