"Bavariya" Kovaçı göndərir?
- 01 Noy 2019 14:21
- 973
"Bavariya" rəhbərliyi Niko Kovaçla yollarını ayırmağa hazırlaşır.
Rekord.az xəbər verir ki, Münhen klubuna baş məşqçi postuna artıq iki namizədin adı məlumdur.
Almaniya nəhəngi "Ayaks"ın baş məşqçisi Erik ten Haq və ya "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettinonu baş məşqçi postuna dəvət etməyə hazırlaşır. "Bavariya"nın idman direktoru Hasan Salihamiçiç şəxsən argentinalının baş məşqçi təyin olunmasında maraqlıdıdr. Salihamiçiç Maurisio Poçettinonun komandaya daha uyğun olduğunu bildirib.
Niko Kovaçin "Bavariya" ilə müqaviləsi 2021-ci ildə başa çatacaq. Amma rəhbərlik xorvatiyalı ilə yaxın vaxtlarda müqaviləyə xitam vermək istəyir.