"Bavariya" "Leypsiq"in futbolçusundan əl çəkmir
- 13 Fev 2021 15:22
- 595
"Bavariya” Bundesliqanın digər təmsilçisi "Leypsiq”in müdafiəçisi Dayot Upamekanonu almaq üçün israrlıdı.
Rekord.az saytının məlumatına görə, Fransa millisinin üzvünü transfer etmək münhenlilərə asan olmayacaq. Çünki 23 yaşlı mərkəz müdafiəçisi İngiltərə klubları "Çelsi” və "Liverpul”un maraq dairəsindədir. Hələlik "Mançester Yunayted” və Fransa çempionu PSJ vəziyyətin inkişafını izləyir. Upamekanonun sərbəst qalma məbləği isə 42 milyon avrodur.
Upamekanonun "Lepysiq”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.