“Bavariya” heyətini gücləndirmək üçün futbolçu axtarışlarını davam etdirir.

Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubu “Leyptsiq”in kapitanı Marsel Zabitzeri transfer etmək niyyətindədir.

Bundesliqa təmsilçisi artıq 27 yaşlı yarımmüdafiəçinin keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb.

Qeyd edək ki, Zabitzer 2014-cü ildən “Leyptsiq”də çıxış edir.