Almaniya çempionu “Bavariya” hücumçusu Tomas Müllerlə yeni müqavilə barədə razılığa gəlib.

Rekord.az “Bild”ə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi müqavilə müddətinin uzadılması təklifi ilə razılaşıb.

Yeni müqavilənin müddəti 2023-cü ilin yayına kimi olacaq. Hazırda tərəflər arasında maaşla bağlı son detalların müzakirəsi aparılır. 

Xatırladaq ki, Müller 2008-ci ildən Münhen təmsilçisinin uğurları üçün çalışır.