"Bavariya"nın qış transfer pəncərəsi zamanı heyətinə qatacağı futbolçunun kimliyi məlum olub.

 

 

Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Şalke"nin qapıçısı Aleksandr Nübeli heyətinə qatacaq.

 

 

Klub 23 yaşlı çərçivə qoruyucusuna Manuel Noyerin əvəzləyicisi gözü ilə baxır. Artıq danışıqların müsbət yekunlaşdığı da bildirilir. Cari mövsüm “Şalke”nin heyətində 8 oyuna çıxan Nübel 7 qol buraxıb.